Blinken İsrail və Fələstinə səfər edəcək 

ABŞ Dövlət Katibi Entoni Blinken Misir, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Görüşlər zamanı Blinken İsrail və fələstinlilər arasında artan gərginliyi, eləcə də Ukraynadakı müharibəni müzakirə edəcək.

 

O, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ilə görüşəcək.

 

Akif İsmayılov 

Mənbə

Share: