Bu ərazilərdə enerji içkiləri satılmayacaq

Növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkiləri soyuq zəncirə daxil ediləcək və onların 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcək.

Trend-in məlumatına görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla keçirlən görüşdə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçib. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunub.

Sözügedən qaydalara əsasən, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qayadalara uyğun olaraq öz fəaliyyətlərini 2020 – ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.

Enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən E.Mikayılov deyib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

 

Share: