“Bu, çeçen xalqının qəlbinin səsidir…”

“Fələstinin qəlbi Qəzza bölgəsi üzərini qara buludlar alıb, dünən evlər olan yerlər bu gün xarabalığa çevrilib…”

 

Kadırovun qızı lazer şousu üçün Fələstin faciəsini yazıb

 

Çeşenistan rəhbəri Ramzan Kadırovun qızı Xutmat “Fələstin faciəsi mövzusunda lazer şousu üçün tarixçə” yazıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Kadırov özünün “Teleqram-kanal”ında yazıb. Məlumatı “chechnyatoday.com” nəşri yayıb.

 

Kadırovun sözlərinə görə, Xutmatı bu işə öz qəyyumluğunda olan, reabilitasiya və xüsusi müəssisələrdə müalicə prosedurları keçən uşaqlarla tez-tez ünsiyyəti sövq edib.

 

“Məhz “xüsusi uşaqlar” Qəzza bölgəsində ümumbəşəri faciəni özlərinin qeyri-adi xüsusiyyətləri prizmasından daha kəskin surətdə qəbul edir”, – Kadırov güman edir.

 

“Lazer şousu mövzusu balaca ürəklərin ağrısı, onların Fələstində sionistlərin törətdiyi cinayətlərin bütün dəhşətlərini yaşayan uşaqlara qeyri-adi və səmimi acımasından qaynaqlanır. 

 

Bu həm də öz həyatında qanlı dövrü yaşamış, lakin dağıntılar, aclıq, soyuq, yaxınlarının itkisinə Allahın lütfü və Çeçenistanın ilk prezidenti, Rusiya Qəhrəmanı Ahmat Kadırovun sayəsində tab gətirmiş çeçen xalqının nümayəndələrinin qəlbinin səsidir”, – Kadırov yazıb.

 

O, lazer şousunun özünü də göstərib, bir neçə dəqiqəlik o qədər də məharətlə çəkilməyən cizgi filmi onun qızı tərəfindən yazılan şeirin söylənilməsi ilə müşayiət olunur.

 

Şeir bu sətirlərlə başlayır: “Fələstinin qəlbi Qəzza bölgəsi üzərini qara buludlar alıb. Dünən evlər olan yerdə bu gün xarabalıqdır. Uşaq qanı dağıdılmış uşaq bağçasının daşlarına axıb, bu, cəlladlara, cəhənnəm daşıyıcılarına olan dəhşətli tənədir”.

 

Qeyd edək ki, Kadırovun qızı təkcə poetik bacarığı ilə seçilmir. 20 yaşında olan qız görünür son dərəcə istedadlıdır və Çeçenistanın bütün səhiyyə sisteminə kuratorluq edir, həmçinin Çeçenistan Respublikası başçısının katibliyi rəhbərinin müavinidir.

 

Bu, Kadırov ailəsinin istedadlı və övladlarının “xüsusi qabiliyyətə” malik olduğunun yeganə nümunəsi deyil. Ramzanın ən yaxın qohumu 26 yaşlı Xamzat ötən ildən Çeçenistan Respublikası baş nazirinin müavinidir. 

 

Kadırovun böyük qızı 25 yaşlı Ayşat artıq üç ildir ki, Respublika Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Kadırovun böyük oğlu 18 yaşında gənclərin işləri üzrə regional nazir təyin edilib. Kadırovun anası Aymani Rusiya Qəhrəmanı Ahmat Kadırov adına Regional İctimai Fonduna rəhbərlik edir.

 

Bu fond vasitəsilə çoxsaylı vəsaitlər keçir, bunlar faktiki olaraq çeçen sahibkarlarından yığılan xərac, habelə büdcə təşkilatlarından yığılan qeyri-formal vergidir.

 

Bu fond vasitəsilə Rusiyanın vəsaitləri Donetsk və Luqansk vilayətlərinin separatçı təşkilatlarına köçürülüb. Bu fonddan həmçinin Çeçenistanın Ukayna müharibəsində iştirakı maliyyələşdirilir.

Mənbə

Share: