“Bu, Ukraynanın mədəni irsinə qarşı zorakılığın eskalasiyasıdır”

“Mən Rusiyanın mədəniyyətə yönəlik bu hücumunu qətiyyətlə pisləyirəm…”

 

“Biz bu ittihamları qəbul etmirik, Rusiya sosial və mədəni infrastruktura zərbələr endirmir…”

 

YUNESKO-nun baş direktoru Rusiyaya müraciət edib, Peskov cavab verib

 

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı (YUNESKO) rusiyalıların Odessanın tarixi mərkəzinə edilən raket hücumlarını pisləyir və yaxın günlərdə vurulan ziyanın ilkin dəyərləndirilməsi üçün Odessaya missiya göndərəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə təşkilatın saytında deyilir. Məlumatı “glavnoe.in.ua” nəşri yayıb.

 

“YUNESKO Rusiya qoşunları tərəfindən edilən kobud hücum və nəticədə “Odessanın tarixi mərkəzi” ümumdünya irsinin obyekti yerləşən Odessa şəhərinin bir neçə mədəni obyektinin zərər çəkməsindən dərin narahatlıq hissi keçirir və bunu qətiyyətlə pisləyir”, – məlumatda deyilir.

 

Qeyd edilir ki, hücum nəticəsində bir sıra mühüm mədəni obyekt, o cümlədən Odessanın 1794-cü ildə əsası qoyulmuş ilk və ən əsas pravoslav baş kilsəsi olan Spas-Preobrajenski kafedral kilsə zədələnib.

 

“Bu hiddət doğuran dağıntı Ukraynanın mədəni isrinə qarşı zorakılığın eskalasiyası deməkdir. Mən qətiyyətlə mədəniyyətə yönəlik bu hücumu pisləyirəm və Rusiya Federasiyasını beynəlxalq hüquq, o cümlədən hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunması barədə 1954-cü ilin Haaqa Konvensiyası və

ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 1972-ci il Konvensiyası üzrə üzərinə götürdüyü öhdəliklərə riayət edilməsi üçün təsirli tədbirlər görməyə çağırıram”, – bunu YUNESKO-nun baş direktoru Odri Azule bəyan edib.

 

Qeyd edilir ki, YUNESKO yardım üçün cari tələbatları müəyyən etmək üçün ümumdünya irsin obyektlərinin rəhbərləri, yerli və milli hakimiyyətlərlə əməkdaşlığı davam etdirəcəyik. Yaxın günlərdə YUNESKO dəymiş ziyanın ilkin dəyərləndirilməsi üçün Odessaya missiya göndərəcək.

 

Kremlin mətbuat katibi Dmitri Peskov həmçinin Odessaya dünənki hücumu şərh edib. Onun sözlərinə görə, Rusiya Spas-Preobrajenski kilsəsinə zərbə endirməyib, onu, guya, ukraynalıların özləri dağıdıb.

 

“Belə ittihamları biz qəbul etmirik, bu, tamamilə yalandır. Biz dəfələrlə bəyan etmişik və təkrarlaya bilərik. Bizim Silahlı Qüvvələrimiz heç vaxt sosial infrastruktur obyektlərinə, xüsusilə də məbədlərə, kilsələrə və bunabənzər obyektlərə zərbələr endirmir”, – Peskov deyib.

 

Onun sözlərinə görə, “orada söhbət antiraketlərin buraxılması nəticəsində məbədin dağılmasından gedir”.

Mənbə

Share: