Bu yol bir günlük bağlanır

Bu yol bir günlük bağlanır

Aprelin 30-dan mayın 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin “Biləcəri enişi” adlanan yolun dairəyə qədər hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Agentlik sürücülərdən aparılan işlərlə əlaqədar alternativ yollardan istifadə etmələrini xahiş edir.

Share: