Bunu onun vicdanına buraxırıq – Zaxarova Paşinyana cavab verdi 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, rus jurnalistin sualına cavab verən zaman danışıb.

 

Paşinyan bir neçə gün əvvəl keçirilən mətbuat konfransında deyib ki, Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. Zaxarova buna cavab olaraq deyib ki, Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatda dəqiq yazılıb: “Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, ölkəmiz hansı öhdəliyi üzərinə götürüb, hansını götürməyib”.

 

Rusiya XİN sözçüsü qeyd edib ki, burada çox şey tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. 

 

“Biz Ermənistan tərəfinin bəyanatlarınaAvropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Buna görə də, Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”, – Zaxarova sözlərini yekunlaşdırıb.

Mənbə

Share: