Kürdəmirdə yol qəzası zamanı 3 nəfər xəsarət alıb – FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Tərtər rayon sakini Ceyhun İdris oğlu Bayramlının idarə etdiyi “Mercedes” markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Tərtər rayon sakinləri -9 yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Güldəstə Qoşqar qızı Orucova və 52 yaşlı Səkinə Aydın qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

 

Mənbə

Share: