Çavuşoğlu BMT-nin Suriya üzrə nümayəndəsi ilə görüşdü 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün “Twitter“ hesabında məlumat yayıb.

 

Nazir BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Suriya Konstitusiya Komitəsini dəstəklədiklərini bir daha diqqətə çatdırdığını bildirib.

Mənbə

Share: