Çavuşoğlu israilli həmkarı ilə danışıqlar apardı 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Eli Kohen ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

 

O, Fələstin məsələsi ilə bağlı Türkiyənin həssaslığını və gözləntilərini Kohenə xatırladıb, bu kontekstdə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı hərəkətini qəbuledilməz hesab etdiyini vurğulayıb.

 

Bundan əlavə, iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün əməkdaşlığa dair razılığa gəlib.

Mənbə

Share: