Amerikanın “Apollon-7” kosmik missiyasının astronavtı vəfat edib

Amerikalı astronavt Uolter Kanninqem 91 yaşında vəfat edib.

 

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında yerləşdirilən məlumatda bildirilib.

 

Kanninqem 1968-ci il oktyabrın 11-dən 22-dək ilk pilot tərəfindən idarə olunan “Apollon-7” kosmik gəmisində uçuş həyata keçirib. O, həmin missiyanın üç iştirakçısından sonuncusu idi.

 

“Pilot və fizik olan Uolt Kanninqem həm də sahibkarlıqla məşğul olub, lakin hər şeydən əvvəl o, kəşfiyyatçı idi. “Apollon” missiyası çərçivəsində ilk pilotlu kosmik gəmi olan “Apollon-7”də uçmaqla Uolt və onun ekipaj yoldaşları tarix yazdılar. Belə ki, onlar bizim bu gün gördüyümüz Artemis nəslinə (“Artemida” – Amerika Ayın tədqiqi proqramı) yol açdılar”, – NASA-nın rəhbəri Bill Nelson qeyd edib.

Mənbə

Share: