Kadi “Qarabağ”dan gedir

Kadi Borges “Qarabağ”dan ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

 

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.

 

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.

Mənbə

Share: