Çavuşoğlu səs verdi

“Türklər demokratiyaya həssas yanaşır”.

Millətin Səsi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Prezident seçkilərinin ikinci tura qalmasının Türkiyə tarixində ilk olduğunu xatırladan Türkiyə XİN rəhbəri: “Beləliklə, biz həm də bütün dünyaya dərs verdik. Birinci tur kimi ikinci turun da demokratiya festivalına çevrilməsini arzu edirəm”, -deyib

M. Çavuşoğlu qeyd edib ki, hansı mövqedə olmağından asılı olmayaraq hər kəs demokratiyaya sahib çıxmalıdır.

Mənbə

Share: