
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunub.