“Çelsi”dən “Atletiko”ya

“Atletiko” heyətinə daha bir futbolçu cəlb etmək üzrədir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu “Çelsi”nin müdafiəçisi Markos Alonsonun transferini bitirməyə yaxındır. 28 yaşlı oyunçu  “Atletiko”ya keçməyə razılıq verib.  La Liqa təmsilçisi yaxın günlərdə “Çelsi” ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, M.Alonso 2016-cı ildən London klubunda oynayır.

Share: