Çin Ukrayna müharibəsinin uzanmasından NARAHATDIR 

Çinin xarici işlər naziri Qin Qanq ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Qin Qanq Rusiya-Ukrayna münaqişəsinin uzanması ilə bağlı Çinin narahatlığını ifadə edib.

 

“Ümid edirik ki, bütün tərəflər sakit, rasional və təmkinli olacaqlar, sülh danışıqlarını mümkün qədər tez bərpa edəcəklər və siyasi nizamlanmanın relslərinə qayıtmaqda israrlı olacaqlar. Ümid etmək qalır ki, Ukrayna və Rusiya dialoq və danışıqlara ümidlərini saxlayacaqlar və nə qədər çətin və mürəkkəb olsalar da, siyasi nizamlanmanın qapısını bağlamayacaqlar”, – nazir deyib.

 

Kuleba Çinin Ukraynanın vacib tərəfdaşı, eləcə də “beynəlxalq məsələlərdə əvəzedilməz əsas güc” olduğunu bildirib. O, həmçinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif olunan plana görə Çin tərəfinə təşəkkür edib. Onun sözlərinə görə, təqdim olunan plan Pekinin atəşkəs rejiminə yardım etmək üçün səmimi niyyətlərini əks etdirir.

Mənbə

Share: