Qara dənizdə Rusiya donanmasının qeyri-adi fəallığı müşahidə edilir-Bu, nə ilə bağlı ola bilər?

“Bu gün Qara dənizdə Rusiyanın 20 gəmisi var, onlardan dördü raket daşıyıcısıdır…”

 

Ukraynalı hərbçilər düşmənin Qara dənizdə gəmi qruplaşmasının qeyri-adi fəallığı və sayını qeyd edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının spikeri Natalya Qumenyuk telemarafonun efirində bəyan edib. Məlumatı “unian.net” nəşri yayıb.

 

Onun sözlərinə görə, bu, o cümlədən həm Ukraynanın raket zərbələri endirməyə hazır olması, həm də bu yaxınlarda Rusiya tərəfindən beynəlxalq sularda Amerikanın pilotsuz uçuş aparatının vurulması ilə bağlıdır.

 

Hazırda Qara dənizdə 20 vahid gəmi var, onların dördü raket daşıyıcısıdır.

“Onlardan biri sualtı gəmidir. Buraxılış üçün maksimum 28 raket təchiz edilə bilər”, – Qumenyuk qeyd edib.

 

Rusiyalı işğalçılar özlərinin Qara dənizdə, təbii ki, dünya birliyinin imkan verəcəyi daxilində, maksimal iştirakını nümayiş etdirməyə cəhd göstərir, Qumenyuk qeyd edib.

 

“Ona görə də ruslar maksimal dərəcədə Qara dənizdə dəniz fəaliyyəti teatrını əhatə etməyə və bunu bizdən gizlətməyə çalışır”, – o, deyib.

Mənbə

Share: