Çin vəhşi heyvan bazarlarının olmadığını deyib

Çinin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hen Şuan ölkədə vəhşi heyvanların satıldığı bazarın olmadığını deyib.

“RİA Novosti” xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, Çində tez-tez təzə ət, balıq, tərəvəz, dəniz məhsulları və kənd təsərrüfatı məhsulları satan fermerlərin olduqları bazarları görə bilərsiniz. Canlı quş əti satılan bazarlar çox azdır.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Çini və digər ölkələri qeyri-qanuni ticarətə qarşı mübarizə və insanların sağlamlığına təhlükələri azaltmaq üçün vəhşi heyvan satılan bazarları bağlamağa çağırıb. Dövlət katibinin sözlərinə görə, bu cür bazarlarvəhşi heyvanların qanunsuz satışının əsas mərkəzidir, xəstəliklərin yaranması və yayılması üçün risk yaradır.

Share: