Tramp: Günəş işığı koronavirusu məhv edir

ABŞ Prezidenti Donald Tramp koronavirusun Günəş işığına məruz qaldıqda məhv olduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, onun sözlərinə görə, bunun üçün insan bədəni ultrabənövşəyi şüa və ya çox güclü işıq mənbəyinin təsirinə düşməlidir.

“Əgər siz işığı dəri vasitəsi ilə və ya başqa cür orqanizmin daxilinə keçirə bilsəniz, virus bir dəqiqə içində məhv olacaq”, – deyə dövlət başçısı əlavə edib.

Share: