Çində avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb

Çinin Şansi vilayətinin Yanan şəhərində neft hasilatı sahəsində avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb, daha 3 nəfər isə itkin düşüb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla bildirir ki, hadisə oktyabrın 27-də axşam saatlarında baş verib.

Qeyd olunur ki, üzərində xüsusi cihazların quraşdırıldığı avtomobil neft hasilatı və emalı ilə məşğul olan şirkətə məxsus neft quyusundan sınaq prosedurunu yerinə yetirib qayıdarkən partlayıb.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir. Təhqiqat aparılır.

Share: