“CinemaPlus”da “Ah Be Birader” komediyası nümayiş olunacaq

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sentyabrın 9-dan etibarən “Ah Be Birader” türk komediyasının nümayişi başlayır.

Bu barədə Milletinsesi.az-a kinoteatrdan məlumat verilib.

Bildirilib ki, filmin rejissoru Ahmet Kapucu, baş rollarda Ufuk Özkan, Anıl İlter, Serkan Kurudur. Filmin yaş həddi 12+, müddəti 120 dəqiqədir.

Film, yolları kəsişən iki əks obraz olan Orxan və Əlinin hekayəsindən bəhs edir.

Orxan çox iddialı və qorxmaz, insanlarla sələmçiliklə məşğul olan insandır. Əli çox utancaq insandır və evlənmək istədiyi qadına üzük alarkən oğurluğun ortasına düşür. Başına hər cür bəla gələndə sələmçi qardaşına sığınır.

Mənbə

Share: