COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 146 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 957, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 241, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 224, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 289, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 203 nəfər təşkil edir.

Mənbə

Share: