Daha bir məşhur aktyor karantinə alındı

Hollivud ulduzu Orlando Blumun rol aldığı “Karnival Rou” serialının Praqadakı çəkilişləri koronavirusa görə dayandırılıb.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, ekran işinin çəkiliş heyəti isə karantinə alınıb.

Bu barədə aktyor İnstaqram səhifəsində yazıb:

“Biz Amerikaya karantinə gedirik. Öz ölkəmə qayıdıram. İnanıram ki, bir neçə həftə sonra biz koronavirusa qalib gələcəyik”.

Qeyd edək ki, çəkilişlərin nə vaxt başlanacağı isə hələ məlum deyil.

Share: