Koronavirusa yoluxanların sayı 146 mini keçdi

Dünyada koronavirusa yoluxanların sayı 146 min 314-ə çatıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 14-nə olan statistikasında qeyd edilib. Məlumata görə, virusa yoluxan xəstələrdən 5442 nəfəri ölüb, 72 min 556 nəfəri sağalıb.

Statistikada Avropa ölkələrində vəziyyətin çox ciddi olduğu və İtaliya, İspaniya, Fransa və Almaniyada yeni yoluxma hallarının artdığı bildirilib. Həmçinin Norveç, İsveç, İsveçrə və Niderlandda da yoluxma faizi kifayət qədər yüksək olduğu vurğulanaraq, İran və Cənubi Koreyada da yeni yoluxma hallarının artdığı qeyd edilib.

Statistikaya əsasən, İranda ölüm faizi rekord səviyyəyə qalxıb.

 

Share: