Daha bir nəfər kanalda batdı

Daha bir nəfər kanalda batdı

Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb.

Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Share: