DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına bu tarixdə başlanılacaq

DİM martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

DİM-dən  verilən xəbərə görə, martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Mənbə

Share: