Dövlət Departamenti Hüseyn Əmir Abdullahiyanın əsir mübadiləsi barədə bəyanatını təkzib edib

ABŞ-ın İranla əsir mübadiləsinə dair razılığa gəlməsi barədə açıqlamasını təkzib edib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, ölkəsi İranda saxlanılan amerikalıların azad edilməsini təmin etməyə sadiqdir.

“İran rəsmilərinin əsirlərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunduğuna dair açıqlamaları onların ailələrinin iztirablarını daha da artırır. Biz daim İranda saxlanılan üç amerikalının azad edilməsi üçün çalışırıq” – deyə Prays qeyd edib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü də Abdullahianın bəyanatını təkzib edib:
“İran rəsmilərinin haqsız olaraq saxlanan ABŞ vətəndaşlarının azad edilməsi ilə bağlı razılığa gəldiyimiz barədə iddiaları yalandır”.

Mənbə

Share: