Türkiyədəki zəlzələdə yaralıların sayı 115 mini KEÇİB

Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 minə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O qeyd edib ki, zəlzələ nəticəsində yaralıların sayı isə 115 mini keçib.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub. Dünya Bankının məlumatına görə, zəlzələlər nəticəsində Türkiyəyə dəyən ilkin ziyan 34,2 milyard dollar təşkil edib. BMT hesab edir ki, Türkiyəyə dəyən zərər 100 milyard dolları keçə bilər.

Mənbə

Share: