Dumana görə Bakıya geri qayıdan təyyarə yola düşdü

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Eyrveys”in J2-9235 nömrəli reysinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Aviaşirkətin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, yerli vaxtla 10:50-də təyyarə Bakı aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

***

Həştərxan hava limanında güclü dumanla əlaqədar Bakıya qayıdan “Buta Eyrveys”in J2-9235 nömrəli reysi Həştərxana yola düşüb.

“Buta Eyrveys”dən verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana uçub.

 

Share: