Dünya şokda! Milyarder 3 uşağını terrora qurban verdi

Danimarkanın ən zəngin adamlarından olan, iş adamı Anders Holch Povlsenın 4 uşağından üçünün şri Lankadaki terror hücumlarında öldüyü açıqlanıb.

Milletinsesi.az xəbər verir ki, 300-ə   yaxın insanın həyatını itirdiyi terrorda  ölənlərin adları  yavaş-yavaş bəlli olmağa başladı.

Dünya şöhrətli hazır geyim markası “Bestsellerın” sahibi və mübadilə saytı asos.comun böyük səhmdarı iş adamı Anders Holch Povlsenın 4 uşağının da hücumda həyatını itirənlər arasında olduğu açıqlanıb.

6,7 milyard dollarlıq sərvəti ilə ölkəsi Danimarkanın ən zəngin olan Povlsenın övladlarının ölüm xəbərini iş adamının mətbuat müşavirləri bildirib.

İş adamının qızı Almağın hücumdan 4 gün əvvəl  instaqram hesabında paylaşdığı  qardaşları ilə birlikdə olan şəkil  də ailənin birlikdə son şəkli oldu.

Share: