“Ermənistan vaxtilə işğal altında olan ərazilərimizdə ekoloji cinayətlər törədib”

“Ermənistan vaxtilə işğal altında olan Azərbaycan ərazilərində ekoloji cinayətlər törədib”.

 

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

 

Onun sözlərinə görə, hazırda bu cinayətlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən yaradılmış istintaq qrupu təhqiqatlar aparır: “Bu cinayətlərin hüquqi nəticələri barədə beynəlxalq ictimaiyyətə məlumat veriləcək, milli və beynəlxalq hüquq norma və qanunlarına uyğun hüquqi tədbirlər görüləcəkdir. Bu cinayətlərin təhqiqatında qarşılıqlı hüquqi yardımın göstərilməsi üçün xarici ölkələrin hüquq-mühafizə orqanlarına da müraciətlər göndərilib. Onlarla intensiv əlaqə saxlanılır. Bütün nəticələr toplandıqdan sonra istintaq materiallarından beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

 

Mənbə

Share: