Ermənistanın Baş Qərargah rəisinin sabiq müavini barəsində cinayət işi açılıb

Ermənistan ordusunun Baş Qərargahı və KTMT-nin birgə qərargah rəisinin keçmiş müavini Aykaz Baqmanyan barəsində cinayət işi açılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İstintaq Baqmanyanın 2014-2020-ci illərdə vergi bəyannaməsində gəlirlərinin həqiqi məbləği barədə məlumat göstərmədiyini və qanunsuz varlanmaqda şübhəli bilindiyini açıqlayıb.

Mənbə

Share: