Ermənistanın iki əsgəri öldü

Ermənistanın iki əsgəri öldü

Ermənistanın Sünik vilayətində baş verən qəza nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı informasiya yayıb.

Məlumata görə, mayın 2-si saat 23:40 radələrində İrəvan-İran sərhəd yolunun 380-ci kilometrliyində 25 yaşlı Meğri sakini Armen Aqaronyanın idarə etdiyi “Toyota Vitz” markalı avtomobil və 33 yaşlı Sisian sakini Narek Tatosyanın idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub. Toqquşma nəticəsində hər iki maşın yoldan çıxaraq yarğana yuvarlanıb. Armen Aqaronyan hadisə yerində ölüb. Onun qardaşı L.Aqaronyan isə yaralı vəziyyətdə Meğri xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.

Qardaşların Ermənistan ordusunun N saylı hərbi hissəsində müqavilə əsasında hərbi xidmətdə olduğu qeyd edilib.

Share: