Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaq

Estoniya Ukraynaya göstərdiyi hərbi yardıma görə Avropa İttifaqından 156 milyon avro təzminat alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin sözçüsü Tomas Mell bildirib.

 

“Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. Bu məbləğdən 156 milyon avro Estoniyaya qaytarılacaq”, – nazirlik rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl Estoniyaya 135 milyon avro məbləğində kompensasiya ödənilməsi barədə qərar verilib.

 

Tomas Mellin sözlərinə görə, Estoniya bu vəsaitdən öz hərbi potensialını bərpa etmək üçün istifadə edəcək.

Mənbə

Share: