![Fələstin lideri Putinlə görüşəcək](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2017/03/26/putin-mahmud_abbas.jpg)
İyun ayında Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə Fələstin lideri Mahmud Abbasın görüşünə ümid edirik.
Milletinsesi.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki danışıb.
“Biz sammit zamanı liderlərin görüşünü təşkil etməyə çalışırıq”, – XİN rəhbəri bildirib.
Qeyd edək ki, iyunda Tacikistan paytaxtında “Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri sammiti” keçiriləcək.