“Fənərbağça” məşhur futbolçunun transferini bitirdi

“Fənərbağça”klubu heyətinə yeni futbolçu qatıb.

Bir neçə gün əvvəl Maurisio İsla ilə yolları ayıran “sarı larcivərtlilər” onun mövqeyində çıxış edəcək oyunçunu tapıb.

Belə ki, İstanbul təmsilçisi “Çaykur Rizəspor”dan Mikola Morozyuku transfer edib. Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

32 yaşlı rusiyalı sağ cinah müdafiəçisinin artıq “Fənərbağça” ilə hər mövzuda razılığa gəldiyi və İstanbulda qalacağı evi seçdiyi də bildirilir.

Futbolçu, növbəti mövsümdən “Fənərbağça”nın sıralarına qoşulacaq.

Share: