Fənərbaxça” braziliyalı futbolçu aldı

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Milletinsesi.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın “Kalyari” klubunun yarımmüdafiəçisi Joao Pedronu transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Braziliya əsilli italiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu transferə görə İtaliya klubuna 4.6 milyon avro ödəyib.

Qeyd edək ki, Joao Pedro “Atletiko Mineyro”, “Palermo”, “Vitoriya Gimaraynş”, “Santos” və “Eştoril”də də çıxış edib.

Share: