“Facebook” sosial şəbəkəsinin rəhbərliyi “Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib.Şirkətin başlıca fəaliyyəti “Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.
“Calibra” ilk məhsulunu- blokçeyn texnologiyasına əsaslanan yeni”Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, – deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.
Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm “Messenger”, həm də “WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.