Fransa və Ukrayna Kiyevə qırıcı təyyarələrin göndərilməsinə dair müzakirələr aparır

Fransa və Ukrayna arasında Kiyevə qırıcı təyyarələrin göndərilməsi, həmçinin ukraynalı pilotlara təlimlərin keçilməsinə dair müzakirələr gedir.

Bunu Fransanın müdafiə naziri Sebastien Lekornu BFMTV telekanalına açıqlamasında bildirib.

Lekornu Prezident Emmanuel Makrona istinadən bildirib ki, hərbi dəstəklə bağlı heç nə istisna deyil, lakin təcili ehtiyac hələ ki, sursatlarla bağlıdır.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk yanvarda Fransa Milli Assambleyasında çıxışı zamanı fransalı deputatları Ukraynaya “Leclerc” tankları, “Mirage 2000” və “Rafale” qırıcıları tədarük etməyə çağırıb.

Mənbə

Share: