Partizanlar Belarus aerodromunda kəşfiyyat aparıbmış

Belarus partizanları Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin yerləşdiyi Minsk yaxınlığındakı “Maçulışçi” aerodromunda iki həftə hava kəşfiyyatı aparıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı “Bypol” kanalı məlumat yayıb.

 

Kəşfiyyat mülki pilotsuz uçuş aparatının köməyi ilə həyata keçirilib.

 

Kəşfiyyat əməliyyatı zamanı pilotsuz uçuş aparatı mühafizə olunan aerodrom ərazisinə daxil olub, Rusiyanın A-50U hərbi təyyarəsinin yaxınlığından uçub, həmçinin onun radar stansiyasına enib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl “Maçulişçi” hərbi aerodromunda partlayış törədilib. Partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib.

 

 

Mənbə

Share: