Fransada 2 nəfər daşqınların qurbanı olub

Fransada intensiv yağışlar nəticəsində daşqınlar baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Ölkənin daxili işlər naziri Kristof Kastaner hazırda iki nəfərin öldüyü barədə məlumatın olduğunu təsdiq edib: “Biz həmçinin itkin düşmüş 4 nəfərin axtarışlarını aparırıq”.

Share: