NATO təlim zamanı 18 dəniz donuzunu öldürüb

NATO-nun keçirdiyi son hərbi təlimlər çox sayda dəniz donuzunun ölümünə səbəb olub.

Metbuat.az Almaniyanın “Şpigel” nəşrinə istinadən xəbər verir ki, NATO-nun avqust ayında Baltik dənizində keçirdiyi son irimiqyaslı hərbi təlimlər zamanı 42 dəniz minasının partladıldığı müşahidə olunub.

Məlumata görə, 18 ölkənin iştirakı ilə, 40 gəmi və 3 min əsgərin qatıldığı hərbi təlimlərdən sonra 18-dək dəniz donuzunun ölü cəsədi tapılıb.

Nəşrin yazdığına görə, dəniz minaları 5 metr enində və 1,5 metr dərinlik də partlayış radiusu yaradır ki, bu da 30 metrədək dərinlikdə olan bütün canlıları məhv edir. Güman olunur ki, dəniz donuzları NATO-nun son hərbi təlimləri vaxtı dəniz minalarının partlaması nəticəsində öldüblər.

Qeyd edək ki, dəniz donuzları balinakimilər dəstəsinə aid heyvan fəsiləsi sayılır. Onların ovlanması, eləcə də öldürülməsi qadağandır.

Share: