Futbol qaydalarında yeni dəyişikliklər edilə bilər

Futbol oyunlarında vaxt itkisini kompensasiya etmək üçün qaydalarda ciddi dəyişiklik edilə bilər.

 

“Report” “Times” nəşrinə istinadən xəbər verir ki, FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (FIFA) yanvarın 18-də İngiltərənin paytaxtı Londonda bu məsələ ilə bağlı 3 təklifi dəyərləndirəcək.

 

Birinci versiya basketbolda olduğu kimi, futbolda da top meydanı tərk edərkən vaxtın dayandırılmasıdır.

 

Müzakirəyə çıxarılacaq təkliflərdən ikincisi DÇ-2022-də tətbiq olunmağa başlanan əlavə dəqiqələr qaydasıdır. Lakin matçların çox uzanması səbəbindən bu qayda ilə bağlı narahatlıqların olduğu bildirilib.

 

Üçüncü variant isə odur ki, top meydandan çıxdıqdan sonra müəyyən olunmuş vaxtda ərzində oyuna daxil edilsin.

 

FIFA və IFAB-ın bu təkliflərdən hansına üstünlük verəcəyi maraqla gözlənilir.

Mənbə

Share: