Futbol qaydalarında yeni dəyişikliklər təsdiqləndi

Futbol qaydalarında yeni dəyişikliklər təsdiqləndi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara bir matçda beş əvəzetmə etməyə icazə verən qaydanı daimi olaraq təsdiqləyib.

Millətinsəsi.az xəbər verir ki, bu barədə IFAB-ın rəsmi saytı məlumat yayıb.

Əvvəllər bu qayda koronavirus pandemiyası ilə əlaqədar komandalarda kadr çatışmazlığına görə tətbiq edilirdi.

IFAB-ın bugünkü iclasında həmçinin, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

Share: