Girovluqdan azad olunan tələbə vətənə qayıtdı – Foto

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Millətin Səsi  Report-a istinadən xəbər verir ki, bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

Share: