Göldən 100 yaşlı mutant balıq çıxdı

ABŞ-ın Minnesota ştatında Ceyson Fyuqeytadlı balıqçı yerli göllərdən birindən qeyri-adi balıq tutub.

“Daily Mail”in məlumatına görə, qızılı rəngli balığın çəkisi 14 kiloqram, uzunluğu bir metrə yaxın olub.

Nəhəng qızıl balıq bioloq, doktor Lakmanın diqqətini çəkib. O bildirib ki, bu balığın 100 yaşı var.

Alimin fikrincə, balıq ya yaşı ilə əlaqədar bu rəngə düşüb, ya da mutasiyaya uğrayıb. Çünki elmə belə balıq növü məlum deyil.

Share: