“Sabah”ın oyunu bu kanalda olacaq

“Sabah”ın oyunu bu kanalda olacaq

Azərbaycan təmsilçisi “Sabah”ın  Çempionlar Liqasnın 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “KuPS”la keçirəcəyi matç “İctimai TV”də yayımlanacaq.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, sözügedən görüş bu gün oynanılacaq və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu komandalar arasında ilk matçda Bakı klubu qələbə qazanıb – 1:0.

Cavab oyununu isə “İctimai TV” vasitəsi ilə canlı izləmək mümkün olacaq.

Share: