Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb

Göyçay rayonunda güclü külək və yağışla müşayiət olunan qasırğa yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünü uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb.

Rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Eyni zamanda güclü leysan şəhərin mərkəzi küçələrinə yağış sularının toplanmasına səbəb olub, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb.

Mənbə

Share: