Zelenski Odessaya getdi – Nələr müzakirə edildi…

Ukrayna prezidenti Volodimir Zelenski Odessaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.

 

O, bölgədəki mövcud vəziyyətlə bağlı hərbi komandanlıq və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

 

İclasda Rusiya tərəfindən atəşə tutulması nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpası və onun stabil fəaliyyətinin təmin edilməsi, hərbi vəziyyət şəraitində əsas müəssisələrin yenidən işə salınması, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi və hərbçilərin reabilitasiyası məsələləri müzakirə olunub.

Mənbə

Share: