Gümrüdəki Rusiya hərbi bazasının qarşısındakı aksiyada 65 nəfər saxlanılıb

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında keçirilən Rusiya əleyhinə aksiyada 65 nəfər saxlanılıb.

 

Bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Zarzand Qabrielyan bildirib.

 

Qeyd edək ki, etiraz aksiyasını “Milli-demokratik qütb” təşkilatı düzənləyib. Onlar Rusiyanın 102-ci hərbi bazasına girişi bağlamağa cəhd ediblər.  

 

13:51

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.

 

Etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.

 

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.

Mənbə

Share: