Yük maşını aşdı – İstanbula gedən yol bağlandı

Türkiyənin Kocaeli vilayətində yol qəzası baş verib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə vilayətin Körfez rayonunda qeydə alınıb.

 

Belə ki, daş daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil aşıb.

 

Daşlar yola səpələnib. Bu səbəbdən İstanbul istiqamətində nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb. Yol bağlanıb.

 

Yük maşınının sürücüsü xəsarət alıb və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

 

Hazırda hadisənin səbəbləri araşdırılır və qəzanın fəsadları aradan qaldırılır.

Mənbə

Share: